Bank Of Baku

Bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edəcək

Bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edəcək
# 18 aprel 2008 16:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 20-də Azərbaycanın bir qrup media təmsilçisi Türkiyəyə səfər edəcək. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi səfərin məqsədi media nümayəndələrinin Türkiyədə müxtəlif görüşlər keçirməsi, Çanaqqalada təşkil olunacaq “Anzaq” mərasimlərinə qatılmaqdır. Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin bir sıra rəsmi şəxsləri ilə, o cümlədən dövlət naziri Mehmet Aydın, nəqliyyat naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Mustafa Kabakçı, Ankara Ticarət Odası başqanı Sinan Aygün, Türkiyə Nazirlər Kabinetinin İnformasiya və İctimaiyyətlə əlaqələr Mərkəzinin sədr müavini Saleh Mələk görüşü nəzərdə tutulub. Aprelin 27-dək davam edəcək səfər zamanı media mənsubları Ankara, Çanaqqala və İstanbulda olacaqlar. Nümayəndə heyətinin tərkibində Azəri-Press İnformasiya Agentliyinin əməkdaşı Ülkər Qasımova da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR