Bank Of Baku

Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Ankarada bir sıra görüşlər keçiriblər

Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Ankarada bir sıra görüşlər keçiriblər
# 22 aprel 2008 07:59 (UTC +04:00)
Ankara. Ülkər Qasımova-APA. Türkiyədə səfərdə olan Azərbaycanın media mənsubları Ankara Ticarət Odası başqanı Sinan Aygünlə görüşüblər. APA-nın Ankarada səfərdə olan əməkdaşının verdiyi məlumata görə, görüşdə S. Aygün jurnalistləri Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin vəziyyəti ilə bağlı suallarını cavablandırıb. Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1 milyard dollardır.
Daha sonra azərbaycanlı jurnalistlərin Türkiyə Nazirlər Kabinetinin mətbuat və informasiya idarəsinin rəhbəri Salih Mələklə görüşü olub. S. Mələk Türkiyə mətbuatının inkişaf yolu, hazırkı vəziyyəti barədə danışıb.
Qeyd edək ki, azərbaycanlı jurnalistlərin səfəri aprelin 27-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR