Bank Of Baku

Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Anadolu Agentliyinin baş direktoru ilə görüşüblər

Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər Anadolu Agentliyinin baş direktoru ilə görüşüblər
# 23 aprel 2008 08:58 (UTC +04:00)
Ankara. Ülkər Qasımova - APA. Türkiyənin Anadolu Agentliyinin baş direktoru Hilmi Bengü bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşüb. APA-nın Ankarada səfərdə olan əməkdaşının verdiyi məlumata görə, baş direktor agentliyin tarixidən, fəaliyyətindən danışıb. Qurumun 1920-ci ildə yaradıldığını deyən H. Bengü bildirib ki, Türkiyənin Cümhuriyyətinin elan olunmasını ilk dəfə Anadolu Agentliyi dünyaya yayıb. Onun sözlərinə görə, hazırda agentliyin mərkəzi ofisində 600 nəfər işləyir. Xarici ölkələrdə isə qurumun 850 nəfər əməkdaşı var. Anadolu Agentliyinin Türkiyənin bölgələrində və dünyanın müxtəlif ölkələrində 40 bürosu fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR