Bank Of Baku

Azərbaycan paytaxtında səyyar qəzet satışına qoyulmuş qadağa aradan qaldırılıb

Azərbaycan paytaxtında səyyar qəzet satışına qoyulmuş qadağa aradan qaldırılıb
# 28 aprel 2008 13:38 (UTC +04:00)
Piket iştirakçıları polis tərəfindən bu il aprelin 24-dən Səbayel rayonu ərazisində səyyar qəzet satışına qoyulan qadağanın götürülməsini tələb ediblər. Səbayel Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlsələr də, aksiyanın keçirilməsinə mane olmayıblar. Təxminən yarım saat davam edən aksiyanın sonunda qətnamə oxunub. Aksiya iştirakçıları daxili işlər naziri Ramil Usubova, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək qadağanın götürülməsini istəyiblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, səyyar qəzet satışına qadağa qoyulması ilə bağlı nə Daxili İşlər Nazirliyinin, nə də nazirin hər hansı göstərişi olub: “Heç bir qadağa yoxdur. Sadəcə, anlaşılmazlıq yaranıb və bu anlaşılmazlıq tezliklə aradan qaldırılacaq”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə APA-ya bildirib ki, Bakı şəhərinin Səbayel rayonu ərazisində səyyar qəzet satışına polis tərəfindən qoyulan qadağa artıq aradan qaldırılıb. Ə. Amaşov yaranan problemlə bağlı Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi ilə əlaqə saxladığını deyib. Onun sözlərinə görə, BŞBPİ rəisi Rafiq Abbasov onunla söhbət zamanı problemin aradan qaldırılması ilə bağlı göstəriş verdiyini deyib: “Mənə bildirildi ki, artıq səyyar qəzet satışı bərpa olunub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR