Bank Of Baku

Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsi Azərbaycanla bir sıra layihələr həyata keçirməyi planlaşdırır

Türkiyə Mətbuat və İnformasiya Baş İdarəsi Azərbaycanla bir sıra layihələr həyata keçirməyi planlaşdırır
# 28 aprel 2008 16:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Mətbuat və İnformasiya Baş İdarəsi mətbuat və telekanallarla yanaşı, həm də Türkiyədəki yerli və xarici jurnalistlərin fəaliyyətini istiqamətləndirir. Hazırda qurumun 400 əməkdaşı, müxtəlif ölkələrdə 23 təmsilçiliyi var”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin rəhbəri Salih Mələk deyib. O, Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib. S. Mələk Türkiyədə 10 min jurnalistin Qəzetçilər Cəmiyyətinin üzvü olduğunu və onların hər birinə vahid kart verildiyini söyləyib. S. Mələk hazırda Türkiyədə 2460 qəzetin nəşr edildiyini açıqlayıb. Ən çox satılan qəzetlər “Zaman” (758 min), “Posta” (627 min), “Hürriyet” (504 min), “Sabah” (426 min) və digərləridir. Qonaq hazırda Türkiyədə 20 milyon internet istifadəçisinin olduğunu da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR