Bank Of Baku

Türkiyə media sahəsində də Azərbaycanla işbirliyi qurmaq istəyir

Türkiyə media sahəsində də Azərbaycanla işbirliyi qurmaq istəyir
# 29 aprel 2008 09:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Biz başqa sahələrdə olduğu kimi, media sahəsində də Azərbaycanla işbirliyi qurmaq istəyirik”. Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. APA-nın xəbərinə görə, Türkiyə mediasının böyük təcrübəyə malik olduğunu qeyd edən səfir bildirib ki, Azərbaycan gənc cümhuriyyət olduğundan ölkəsi başqa sahələrdə olduğu kimi, media sahəsində də Azərbaycanla iş birliyi qurmaq istəyir.
Bu gün Bakıda “Azərbaycan və Türkiyə mediası” mövzusunda keçirilən 2-ci konfransın mühüm tədbir olduğunu bildirən H. Kılıç deyib ki, gələcəkdə də bu kimi tədbirlər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR