Bank Of Baku

Bakıda “Azərbaycan və Türkiyə mediası” mövzusunda ikinci konfrans keçirilir

Bakıda “Azərbaycan və Türkiyə mediası” mövzusunda ikinci konfrans keçirilir
# 29 aprel 2008 11:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan jurnalistlərinin son üç ildə ikinci dəfə belə bir formatda bir araya gəldiklərini deyib. Ə. Amaşov deyib ki, rəhbərlik etdiyi qurum Azərbaycan mətbuatında Türkiyə ilə bağlı işıq üzü görən yazıların monitorinqini keçirib. Onun sözlərinə görə, aprel ayında mətbuatda çap olunan 1175 yazının böyük əksəriyyəti xoş niyyətlidir. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev Azərbaycanda belə bir konfransın keçirilməsini müsbət qiymətləndirib. Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin direktoru Salih Melek ölkələr arasında münasibətlərin daha da inkişaf etməsi üçün Türkiyə və Azərbaycan mediasının üzərinə eyni vəzifə düşdüyünü bildirib. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qeyd edib ki, medianın milliyyətçi olması da lazımdır. Media-siyasət əlaqələri mövzusunda çıxış edən “Türkiyə” qəzetinin məsul redaktoru Behçet Fakihoğlu bildirib ki, mətbuat nümayəndələri siyasilərlə münasibətlərdə mənfəət güdməməli, bazarlığa getməməlidirlər. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid mətbuatla nümunəvi işləyən, operativ məlumatlar çatdıran dövlət qurumları sırasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adını çəkib. O, siyasi partiyalardan mətbuatla əlaqələrdə YAP-ın xüsusi təşəbbüskarlıq nümayiş etdirdiyini də qeyd edib. Konfrans işini bu gün yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR