Bank Of Baku

Norveç xarici işlər naziri İTV rəhbərliyi ilə görüşüb

Norveç xarici işlər naziri İTV rəhbərliyi ilə görüşüb
# 29 aprel 2008 14:35 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Norveçin xarici işlər naziri Yonas Qahr Store Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya daxil olan məlumata görə, qonaq şirkətlə tanış olub. Şirkətin fəaliyyəti barədə qonağa məlumat verən baş direktor İsmayıl Ömərov bildirib ki, İctimai Teleradio Azərbaycan ictimaiyyətinə xidmət göstərir və qısa müddət ərzində auditoriyanın rəğbətini qazana bilib. İ. Ömərov bildirib ki, teleradio yarandığı ilk gündən ATƏT-lə və dünyanın bir çox ictimai yayımçıları ilə əməkdaşlığa xüsusi önəm verib: “Norveç hökumətinin dəstəyi və ATƏT-in təşəbbüsü ilə hazırda həyata keçirilən layihə şirkət əməkdaşlarının peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməkdə böyük rol oynayır”.
Qeyd edək ki, ATƏT-in dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İctimai Teleradio əməkdaşları üçün keçirilən treninqləri Norveç hökuməti maliyyələşdirir. Treninqlərin gedişi ilə də maraqlanan Yonas Qahr Store bildirib ki, onun ölkəsi Azərbaycanın ictimai yayımçısının əməkdaşları üçün keçirilən treninqləri bundan sonra da davam etdirmək niyyətindədir: “Bu səhər İctimai Televiziyaya baxmışam. Bizim ölkəmizdə də ictimai kanal fəaliyyət göstərir. Hesab edirəm ki, ictimai yayımçı hər şeydən əvvəl müstəqil olmalıdır”.
Qonaq İctimai Televiziyanın studiyalarında proqramların hazırlanma prinsipləri ilə tanış olub. Nazir həmçinin, İctimai Televiziyanın “Carçı” xəbərlər proqramına eksklüziv müsahibə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR