Bank Of Baku

Mirzə Sakit ədliyyə naziri Fikrət Məmmədova müraciət edib

Mirzə Sakit ədliyyə naziri Fikrət Məmmədova müraciət edib
# 29 aprel 2008 15:07 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakit mülki həkim tərəfindən müayinə edilməsi ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Bu barədə APA-ya məhbusun həyat yoldaşı Rəna Zahidova bildirib. Bu gün M. Sakitlə görüşdüyünü bildirən R. Zahidova onun səhhətinin normal olmadığını deyib. R. Zahidova həyat yoldaşının yuxusuzluqdan, ürək ağrılarından, əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Sakit indiyə kimi 14 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi hissəsində saxlansa da, bir neçə gün əvvəl onu yenidən yataqxanaya köçürüblər. Dediyinə görə, buna səbəb onu müayinə edən həkimin səhhətində heç bir problemin olmaması barədə rəy verməsi olub. Buna görə də o, mülki həkim tərəfindən müayinə olunmasını istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR