Bank Of Baku

Azərbaycan və Türkiyə jurnalistlərinin III konfransı İstanbulda keçiriləcək

Azərbaycan və Türkiyə jurnalistlərinin III konfransı İstanbulda keçiriləcək
# 29 aprel 2008 15:38 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan və Türkiyə jurnalistlərinin II konfransı başa çatıb. Mətbuat Şurasından APA-ya daxil olan məlumata görə, konfransın yekun sənədində Azərbaycan və Türkiyə jurnalistlərinin III konfransının gələn il İstanbulda keçirilməsi əksini tapıb. Eyni zamanda Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın təklifi ilə türkdilli xalqların jurnalist təşkilatlarının konfederasiyasının yaradılması təklifi qəbul olunub. Konfransda həmçinin Türkiyə və Azərbaycan jurnalistləri arasında operativ informasiya mübadiləsini genişləndirmək, fikir mübadilələri aparmaq, hər iki ölkənin media təmsilçilərinin mühüm məsələlərlə əlaqədar rəsmi qurumlardan və tanınmış şəxslərdən birbaşa informasiya əldə etmələrini asanlaşdırmaq məqsədilə vahid internet forumunun yaradılması təklifi də bəyənilib.
Qeyd edək ki, bu gün Türkiyənin ölkəmizdəki səfirliyi, Türkiyə Cümhuriyyəti Basın Yayın və İnformasiya Baş İdarəsinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə jurnalistlərinin II konfransı keçirilib. Tədbirə 180-dən çox KİV, həmçinin qardaş ölkənin aparıcı media qurumlarının rəhbərləri, tanınmış ekspertlər qatılıblar. Konfransda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Nazim İsayev, Türkiyənin Basın Yayın və İnformasiya Baş İdarəsinin rəhbəri Salih Melek, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç açılış nitqi söyləyiblər. Daha sonra konfransın digər iclaslarında media ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR