Bank Of Baku

Demokratik Jurnalistlər Liqası söz və mətbuat azadlığının vəziyyətinə dair monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası söz və mətbuat azadlığının vəziyyətinə dair monitorinqin nəticələrini açıqlayıb
# 01 may 2008 13:04 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Demokratik Jurnalistlər Liqası (DJL) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi aprel ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələrini açıqlayıb. DJL-dən APA-ya verilən məlumata görə, hesabatda ötən ay 1 KİV-in baş redaktoruna qarşı Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148.2-ci (təhqir) maddələri ilə iddia qaldırıldığı, 2 KİV əməkdaşının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verdiyi, 3 KİV-in 4 əməkdaşının telefonla ölümlə hədələndiyi qeyd olunub. Sənəddə Bakı şəhərinin Səbayel rayonu ərazisində səyyar qəzet satışına qadağa qoyulması və sonradan bu qadağanın aradan qaldırılması barədə məlumat da əksini tapıb. Hesabatda daha sonra ötən ay ərzində 21 KİV əməkdaşının aclıq aksiyası keçirdiyi göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR