Bank Of Baku

Qafqaz Media Mərkəzi xarici telejurnalistlər üçün seminarını yekunlaşdırıb

Qafqaz Media Mərkəzi xarici telejurnalistlər üçün seminarını yekunlaşdırıb
# 01 may 2008 15:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Qafqaz Media Mərkəzinin xarici telejurnalistlər üçün keçirdiyi bir aylıq seminar başa çatıb. Mərkəzdən APA-ya verilən məlumata görə, “Reportyor sənətkarlığı” mövzusuna həsr olunmuş bu seminarda “Telexəbər və onun hazırlanması”, “Xüsusi reportaj”, “Müsahibə texnikası”, “Diksiya məktəbi”, “Teleyayım fəlsəfəsi”, “Vətəndaş cəmiyyətində televiziya” və s. mövzular üzrə respublikanın tanınmış mütəxəssisləri Aynur Kərimova, Zeynal Məmmədli, Sabir Axundov, Qulu Məhərrəmli, Kənan Quluzadə, Toğrul Cuvarlı, Niyazi Mehdi və başqalarının trenerlik etdiyi nəzəri və praktik məşğələlərin yekunundakı nəticələrə görə 8 seminar iştirakçısı (Atalay Abbas İraq, Əhməd Nəzəri İran, Sagibat Yəhyayeva Dağıstan, Suyunduk Toksobayev Qırqızıstan, Mövlud İşıkov Ahıska türkü, Zaur Darqallı, Amiran Mamaladze, İrakli Manaqadze Gürcüstan) Türkiyənin CNN Türk və ATV kanallarında həyata keçiriləcək yüksək staj layihəsinə seçiliblər. Bir seminar iştirakçısı isə (Orxan Faiqov Ahıska türkü) Türkiyənin Maltəpə universitetində magistratura təhsili almaq şansı qazanıb. Sertifikat təqdimatı mərasimində çıxış edən QMM sədri Sevil Nuriyeva gənc jurnalistləri təbrik edərək bildirib ki, seminarın qalibi ola bilməyən jurnalistlər təşkilatın digər layihələrinə - QMM-nin müxtəlif ölkələrlə birgə həyata keçirdiyi təcrübə mübadilələri proqramlarına cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR