Bank Of Baku

“Anadolu” Agentliyinin baş müdiri: “Türk cümhuriyyətlərinin xəbər agentliklərinin yaydığı xəbərlərin yerləşdiriləcəyi internet səhifəsi hazırlayırıq”

“Anadolu” Agentliyinin baş müdiri: “Türk cümhuriyyətlərinin xəbər agentliklərinin yaydığı xəbərlərin yerləşdiriləcəyi internet səhifəsi hazırlayırıq”
# 02 may 2008 09:33 (UTC +04:00)
H. Bengi “Anadolu” Agentliyinin 1920-ci ildə, milli-azadlıq hərəkatı dövründə Mustafa Kamal Atatürk tərəfindən yaradıldığını xatırladıb: “Əvvəllər biz Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş Müdirliyinə tabe idik. Sonradan isə müstəqil qurum kimi fəaliyyət göstərməyə başladıq. Hazırda Türkiyə daxilində 600, ölkədən kənarda 850 əməkdaşımız var. Dünyanın demək olar ki, bütün xəbər agentlikləri və media qurumları bizim yaydığımız xəbərlərdən istifadə edirlər. Səksən ölkənin xəbər agentlikləri ilə əlaqə qurmuşuq”. Baş müdir “Anadolu” Agentliyinin gün ərzində müxtəlif sahələrə aid 2000-ə yaxın xəbər yaydığını açıqlayıb: “Türkiyənin vilayətlərində yayımlanan yerli qəzetlər və televiziyalar üçün həmin bölgə ilə bağlı xəbərlərdən ibarət ayrıca bülletenlər də yayırıq. Bundan başqa, “özəl bülleten” dediyimiz bir xidmətmiz var ki, bu da internet saytlarına və özəl xəbər istəyən qurumlara göndərilən bülletendir. Xəbərlərimiz ingilis və fransız dilləri başda olmaqla, müxtəlif xarici dillərə tərcümə olunur”. Baş müdir 1000-ə yaxın abunəçiləri olduğunu, gün ərzində 450 fotoşəkil yaydıqlarını, bitərəf və şərhsiz xəbərlərə üstünlük verdiklərini vurğulayıb. O, media qurumlarının “Anadolu” agentliyinin xəbərlərindən bəzən istinadsız istifadə etmələrindən təəssüfləndiyini, bu cür hərəkət edənlərə qarşı çox ağır sanksiyalar tətbiq edə bilmədiklərini deyib: “Belə hallarla qarşılaşmamaq ən böyük arzularımızdan biridir”. H. Bengi “Anadolu” Agentliyində ortaq türk dilinin formalaşması istiqamətində də iş aparıldığını bildirib: “Biz təkcə türk cümhuriyyətlərindəki xəbər agentlikləri arasında münasibətlərin dərinləşməsinə deyil, eyni zamanda ortaq türk dilinin inkişafına da səy göstəririk. Bu məqsədlə xüsusi internet səhifəsi hazırlayırıq. Bu internet ünvanında türk ölkələrindən olan xəbər agentliklərinin yaydığı önəmli xəbərlər yerləşdiriləcək. Bu sayta daxil olan hər bir şəxs türk dünyasında baş verənləri öyrənə biləcək. Bu xəbərlər həmin ölkələrin dilində və Türkiyə türkcəsində olacaq”. Ermənilərin dəfələrlə “Anadolu” Agentliyinin müxtəlif ölkələrdə yerləşən büroları qarşısında partlayışlar törətməsinə də münasibət bildirən H. Bengi bu əməlləri həm Türkiyəyə qarşı hücum, həm də dünyanın Türkiyə haqqında dürüst xəbər almasının qarşısını almaq cəhdi kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR