Bank Of Baku

Bakıda Beynəlxalq Mətbuat Günü münasibətilə tədbir keçirilib

Bakıda Beynəlxalq Mətbuat Günü münasibətilə tədbir keçirilib
# 02 may 2008 12:25 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Women”™s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin təşkilatçılığı ilə 3 may - Beynəlxalq Mətbuat Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən birliyin idarə heyətinin sədri Sevinc Osmanqızı bildirib ki, ötən il 5 jurnalistin əfv olunmasını müsbət hal kimi qiymətləndirib. O qeyd edib ki, 3 jurnalistin hələ də həbsdə olması təəssüf doğurur. ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herrero media azadlığının fikir azadlığı olduğunu söyləyib. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq bildirib ki, ATƏT və Avropa Şurası Norveçdə jurnalistlər üçün treninqlər təşkil edir. Analoji treninqlərin Azərbaycanda da keçirilməsi mümkündür. Avropa Şurası Bakı ofisinin rəhbəri Denis Bribosia 2006-cı ildə öldürülən jurnalistlərin əvvəlki illərlə müqayisədə daha çox olduğunu deyib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan KİV-i iqtisadi cəhətdən yaxşı təmin olunmalı, texniki bazasını gücləndirməlidir. Sonda jurnalistlərə 4 nominasiyada mükafatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR