Bank Of Baku

Mikloş Haraşti hökumətləri mətbuat azadlığını müdafiə etməyə çağırıb

Mikloş Haraşti hökumətləri mətbuat azadlığını müdafiə etməyə çağırıb
# 02 may 2008 13:06 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ATƏT ölkələrini jurnalistlərə qarşı zorakılıqların qarşısının alınması, söz azadlığı və jurnalistikaya qarşı məhdudiyyətlərin aradan qaldırılması yolu ilə mətbuat azadlığını müdafiə etməyə çağırıb. APA-nın məlumatına görə, M. Haraştinin 3 may - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ATƏT-in rəsmi saytında dərc olunmuş açıqlamasında bildirilir ki, ötən il iki istiqamətdə - jurnalistlərin fiziki təhlükəsizliyi və tənqidi çıxışların hüquqi müdafiəsi sahəsində vəziyyət pisləşib. ATƏT regionuna daxil olan bir neçə dövlətdə jurnalistlərə qarşı zorakılığın artmasından narahatlığını dilə gətirən M. Haraşti günahkarların cəzalandırılmadığını, bunun isə zorakılığa əsaslanan senzuranın yaranmasına gətirib çıxardığını söyləyib. O, hökumətləri jurnalistləri qorxudan şəxslərə qarşı sərt tədbirlər görməyə çağırıb: “Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Belarus, Qırğızıstan, Bolqarıstan, Macarıstan, Makedoniya, Serbiya, Xorvatiya və Monteneqroda tənqidi materialların dərcinə görə və ya belə yazların çapının qarşısını almaq üçün jurnalistlər döyülüb və öldürülüb. Jurnalistlərə qarşı zorakılıq adi cinayət deyil, çünki bu, demokratiyanın əsas institutu olan azad mətbuatın sıradan çıxarılmasına yönəlib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR