Bank Of Baku

ABŞ prezidenti Dünya Mətbuat Azadlığı Günü münasibətilə bəyanat verib

ABŞ prezidenti Dünya Mətbuat Azadlığı Günü münasibətilə bəyanat verib
# 02 may 2008 14:55 (UTC +04:00)
APA-nın Ağ Evin rəsmi saytına istinadən verdiyi məlumata görə, C. Buş hamını söz azadlığına hörmət etməyə çağıraraq bunun demokratiyanın ən vacib aspektlərindən biri olduğunu vurğulayıb. Jurnalistlərin ən çox Çində həbs olunduğunu söyləyən ABŞ prezidenti KİV-lə bağlı vəziyyətin pis olduğu ölkələr sırasında Eritreya, Kuba, İran və Azərbaycanın adlarını çəkib. O, 2007-ci ildə 40 ölkədə söz azadlığının təmin olunmasına 78 milyon dollar ayırdıqlarını xatırladıb.
ABŞ prezidentinin bəyanatına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim C. Buşun çıxışında qeyri-dəqiq məlumatların ifadə olunduğunu deyib: “Biz strateji tərəfdaşıq və ikitərəfli münasibətlərimizdə qeyri-dəqiqliyə, yarımçıq məlumatlara yer verilməsini istəməzdik. Biz ABŞ tərəfinin ikitərəfli münasibətlərin səviyyəsini nəzərə alaraq və real vəziyyətə əsaslanaraq öz bəyanatlarında yoxlanılmış, dəqiq faktlardan istifadə etməsini istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR