Bank Of Baku

Terri Devis: “Heç kəs tənqidi fikirlərinə və yazılarına görə həbs edilə bilməz”

Terri Devis: “Heç kəs tənqidi fikirlərinə və yazılarına görə həbs edilə bilməz”
# 02 may 2008 15:11 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Heç kəs tənqidi fikirlərinə və yazılarına görə həbs edilə bilməz”. APA-nın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözlər qurumun baş katibi Terri Devisin 3 may - Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə verdiyi bəyanatda əksini tapıb. T. Devisin fikrincə, Avraam Linkoln “bütün insanları eyni vaxtda aldada bilməzsiniz” deməkdə haqlı imiş: “Amma siyasətçilər hesab edirlər ki, onlar seçkilərdə qalib gələnə qədər hamını aldada bilərlər”. Baş katib deyib ki, Avropa Şurasına üzv ölkələrin bəzilərində keçirilən seçkilər Avropa Şurasının demokratik standartlarına cavab verməyib və belə dövlətlərdə söz azadlığı əsas problemdir. O bildirib ki, müstəqil və obyektiv informasiya olmadan insanlar dövlət başçısı seçə bilməz: “Bəzi dövlətlər hesab edirlər ki, onlar söz azadlığını boğmaqla və ya siyasi güc tətbiq etməyə üstünlük verməklə xalqın mənafeyini güdürlər. Ancaq bütün bunlar qeyri-demokratik addımlardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR