Bank Of Baku

Jurnalist Adil Qaçayoğlu vəfat edib

Jurnalist Adil Qaçayoğlu vəfat edib
# 05 may 2008 08:47 (UTC +04:00)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid A. Qaçayoğlu ilə şəxsi tanışlıqdan əvvəl onun yazılarını tanıdığını deyib: “O vaxt çox məşhur olan “Azərbaycan gəncləri” qəzetində Adil müəllimin çox gözəl yazıları çap olunurdu. Tale elə gətirdi ki, bir müddət bir yerdə çalışdıq. Adil müəllim əvəzsiz jurnalist idi. Əgər mən müstəqillik dövründə 4-5 yazıdan kövrəlmişəmsə, onun biri Adil müəllimin yazısı olub. Son vaxtlar xəstə olsa belə, çox həssas insan olan Adil müəllim “525-ci qəzet”in yubileyini zəng vurub təbrik etdi, bizim işlərimizlə maraqlandı. Bu ağır xəbər hamımızı sarsıtdı”. Şair Qulu Ağsəs isə A. Qaçayoğlunun klassik jurnalistikanın sonuncu ustadlarından olduğunu bildirib: “Adil müəllim haqqında deyiləsi sözüm çoxdu, ən münasib, ən gözəl sözü tapa bilmirəm. Bu həddindən artıq abırlı adamın jurnalistliyi adama qəribə gəlirdi, amma o, çox gözəl jurnalist idi. Adil müəllim təkcə nöqtənin, vergülün yox, hər şeyin yerini dəqiq bilən adam idi. Mən Fateh Terimə və Adil Qaçayoğluna həsr etdiyim “Təzə sətirdən abzas” adlı bir yazı yazmışdım, özünün çox xoşuna gəlmişdi. İndi Adil müəllim aramızda yoxdu, yeni bir dünyada hər şeyi özü təzə sətirdən, abzasdan yazmalıdı...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR