Bank Of Baku

“RUH” Jurnalistləri Müdafiə Komitəsi apreldə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

“RUH” Jurnalistləri Müdafiə Komitəsi apreldə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 06 may 2008 10:16 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) aprel ayında ölkədə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. AJMK-dan APA-ya verilən məlumata görə, hesabatda jurnalistlərin aclıq aksiyası, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin istintaq materiallarının telekanallarda yayımlanması, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin səfəri xüsusi diqqət çəkən məqamlar kimi qeyd olunub. Bildirilib ki, aprel ayında 19 halda jurnalistlərin adı məhkəmə müstəvisində hallanıb. Müxtəlif dövrlərdə irəli sürülən iddialar əsasında 7 qərar çıxarılıb. Onlardan 2-si media nümayəndəsinin lehinə, 5-i əleyhinə olub. Jurnalistlər tərəfindən məhkəməyə müraciətlə əlaqədar 2 fakt qeydə alınıb, 3 halda jurnalist barədə məhkəməyə müraciət edən məmur olub, 3 halda isə media nümayəndələrinin ittiham obyekti həmkarlarıdır. Jurnalist fəaliyyətinə və KİV yayımına maneələr kriteriyası üzrə ötən ay 6 fakt qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR