Bank Of Baku

Jurnalistlərin sosial-iqtisadi ehtiyacları öyrənilir

Jurnalistlərin sosial-iqtisadi ehtiyacları öyrənilir
# 06 may 2008 14:38 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV-də çalışanların sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi imkanlarını araşdırmaq məqsədilə bu sahədə işləyənlər arasında sorğu keçirir. BAMF-dan APA-ya verilən məlumata görə, təşkilatçılar bununla da jurnalistlərin sosial-iqtisadi durumunu dəqiq öyrənmək istəyirlər. Sorğudan sonra nəticələr təhlil ediləcək, jurnalistlərin problemləri müəyyənləşdiriləcək. Gələcəkdə bu problemlərin həlli istiqamətində konkret işlərin görülməsi nəzərdə tutulur. Bu sıraya jurnalistlər üçün güzəştli şərtlərlə kiçik həcmli kreditlərin verilməsi də daxildir. Nəzərdə tutulan kreditlərlə media təmsilçiləri özlərinin zəruri problemlərini həll edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR