Bank Of Baku

Jurnalistlər arasında Azərbaycanda minadan zərər çəkənlərin problemlərinə həsr olunmuş yazı müsabiqəsi elan edilib

Jurnalistlər arasında Azərbaycanda minadan zərər çəkənlərin problemlərinə həsr olunmuş yazı müsabiqəsi elan edilib
# 07 may 2008 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) jurnalistlər arasında Azərbaycanda minadan zərər çəkənlərin problemlərinə həsr olunmuş yazı müsabiqəsi elan edib. BAMF-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd minadan zərərçəkən insanların yaşadıqları faciənin cəmiyyətə çatdırılmasıdır. İyunun 20-dək davam edəcək müsabiqəyə təqdim edilən yazılar mətbuatda dərc olunmalı və BAMF-a təqdim edilməlidir. Yazıların həcmi beş min işarədən çox və indiyə qədər heç bir mətbuatda dərc edilməmiş olmalıdır. Bütün yazılarda müsabiqənin mövzusu və BAMF tərəfindən keçirildiyinin qeyd olunması zəruridir. Müsabiqə qalibləri üçün 1-ci yerə görə 250 ABŞ dolları, 2-ci yerə görə 150 ABŞ dolları, 3-cü yerə görə 100 ABŞ dolları və diplomlar, fərqlənən jurnalistlər üçün isə qiymətli hədiyyələr və diplomlar veriləcək.
Qeyd edək ki, BAMF 2000-ci ildən mina probleminin həlli prosesinə qoşulub. Fond mina təhlükəsizliyi, minadan zərərçəkənlərin problemlərinin araşdırılıb həll edilməsi istiqamətində layihələr həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR