Bank Of Baku

“Həsən bəy Zərdabi və Azərbaycan mətbuatı 100 il sonra” mövzusunda dəyirmi masa keçirilib

“Həsən bəy Zərdabi və Azərbaycan mətbuatı 100 il sonra” mövzusunda dəyirmi masa keçirilib
# 07 may 2008 15:12 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün “Həsən bəy Zərdabi və Azərbaycan mətbuatı 100 il sonra” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbiri Demokratik İslahatlar Partiyası (DİP) təşkil edib. DİP-in sədri Asim Mollazadə H. Zərdabinin həyat və yaradıcılığının, onun Azərbaycan mətbuatına verdiyi töhfələrin öyrənilməsinə və təbliğinə ehtiyac olduğunu bildirib. Professor Rəhman Bədəlov Azərbaycan mətbuatının XX əsrin əvvəllərindəki səviyyəyə hələ yüksəlmədiyini deyib: “O dövrdə nəşr edilən qəzetləri bu gün intellektual elita üçün təkrar çap etmək lazımdır. Bizim qəzetlərdə bu gün qəzet tənqidi zəifdir”. Jurnalist Zeynal Məmmədli müasir jurnalistikanın bütün vacib elementlərinin “Əkinçi”də təzahür tapdığını söyləyib: “Həsən bəy bu qəzetin nəşrinə başlayanda Azərbaycanda oxucu yox idi. “Əkinçi” həm də Azərbaycan oxucuların yetişdirdi. Bu oxucular “Bustan”ı oxuyan, moizə dinləyənlərdən tam fərqliydilər”. Professor Cəmil Həsənlinin fikrincə, Zərdabiyə təkcə jurnalist kimi baxmaq doğru deyil və o, islam hümmətçiliyindən türk millətçiliyinə keçidin əsasını qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR