Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü: “Nizamnamədə sədrin səlahiyyət müddəti ilə bağlı tələblərə yenidən baxılmalıdır”

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü: “Nizamnamədə sədrin səlahiyyət müddəti ilə bağlı tələblərə yenidən baxılmalıdır”
# 08 may 2008 12:01 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Mətbuat Şurasının qurultayında sədrin səlahiyyət müddətinə baxılması və düzgün qərar çıxarılması olduqca zəruri məsələdir”. Bu barədə APA-ya Mətbuat Şurası İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev deyib. U. Mirzəyev bildirib ki, Mətbuat Şurasının Nizamnaməsində səlahiyyət müddəti ilə bağlı qoyulan tələblər sədrin hazırkı fəaliyyət dairəsinə uyğun deyil: “Ona görə də məsələyə yenidən baxılmalıdır”. U. Mirzəyev bildirib ki, hər hansı yeni yaranmış qurum üçün müəyyən fəaliyyət strategiyası tələb olunur: “Media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsində yetərincə praktikaya malik olmayan Azərbaycan kimi ölkələrdə bu, ümumiyyətlə, çətin keçilən mərhələdir. Ona görə də qurultayda əsas müzakirə olunası məsələ sədrin ötən müddət ərzində necə işləməsinə aydınlıq gətirməkdir. Bu fəaliyyətdən narazı olanlar indiki sədrin səlahiyyət müddətinin artırılmasını nəzərdə tutan nizamnamə dəyişikliyinə yox deyəcəklər. Amma inanıram ki, qələm sahiblərimiz Əflatun Amaşovu yenidən sədr seçəcəklər. Bir şeyi yaddan çıxarmaq olmaz ki, Amaşov çox çalışdı, Şuranı heç nədən hazırkı vəziyyətinə gətirdi”. BAMF sədri Ə. Amaşovun yenidən MŞ-yə rəhbərlik etməsinə tərəfdar olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR