Bank Of Baku

Jurnalistlərin Həmkarlar İttifaqının 4-cü qurultayı keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının 4-cü qurultayı keçirilib
# 12 may 2008 13:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) növbəti (4-cü) qurultayı keçirilib. Təşkilatdan APA-ya daxil olan məlumata görə, qurultayda təşkilati işlərə baxılıb, qurumun sədri seçilib. Sədr seçkisində qurultay iştirakçıları yenidən Müşfiq Ələsgərliyə etimad göstəriblər və o, növbəti dövr üçün JuHİ sədri postuna seçilib. Qurultay iştirakçıları ölkədə medianın durumunu, buna uyğun olaraq JuHİ-nin fəaliyyət istiqamətlərini müzakirə ediblər. Tədbirdə həmçinin təşkilatın yaxın və uzunmüddətli hədəflərini, bu hədəflərə çatmaq üçün göstəriləcək fəaliyyəti ehtiva edən proqram qəbul edilib. Bundan başqa, ölkə jurnalistlərinin sosial-iqtisadi durumlarını müzakirə edən qurultay iştirakçıları yekunda vəziyyətlə bağlı bəyanat da qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR