Respublika Prokurorluğu: Azərbaycanı tərk etmək istəyən “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil aeroportdan geri qaytarılıb
- Bildirmək istəyirəm ki, Aqil Xəlilov ilk gündən düzgün olmayan ifadələr verməklə istintaqı yanlış istiqamətə yönəltməyə cəhd etsə də, onun bu cəhdləri uğursuz olub. Onunla bağlı törədilmiş hadisənin peşə fəaliyyəti ilə əlaqədar olması barədə iflasa uğramış illuziyaların açıq məhkəmə baxışı zamanı bir daha ictimaiyyətə bəlli olacağı perspektivlərini görən Aqil Xəlilov heç bir əsası olmayan bəyanatlar verməklə istintaq və məhkəmədən yayınmaq yolunu seçib. Zərərçəkmiş şəxs kimi cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək və düzgün ifadə vermək barədə cinayət prosessual qanunvericiliyinin tələblərini pozan Aqil Xəlilov istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı iştirakı zəruri olsa da, bir neçə dəfə istintaqdan yayınmaq məqsədilə ölkəni tərk etmək istəyib. Belə ki, Aqil Xəlil ölkə hüdudlarını tərk etmək məqsədilə 10 may 2008-ci ildə Bakı-İstanbul təyyarə reysi ilə Türkiyəyə, 11 may 2008-ci ildə isə saat 09.15 radələrində Balakən rayonu, elə həmin gün saat 10.00 radələrində Zaqatala rayonu ərazisindən başqa ölkəyə getmək istəyərkən sərhəd nəzarət buraxılış məntəqəsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Aqil Xəlilov heç bir əsası olmayan bəyanatlar verməklə yenə də ictimaiyyətin diqqətini istintaqın obyektiv nəticələrindən yayındırmağa çalışır. Bütün istintaq hərəkətləri Aqil Xəlilovun vəkilinin iştirakı ilə cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılır. Onun naməlum şəxslər tərəfindən izlənməsi və qanunsuz yollarla ifadə almaq barədə fikirləri əsassız olmaqla həqiqətə uyğun deyil.
- Hazırda Aqil Xəlilin ibtidai istintaqda iştirakının zəruriliyi nə ilə əlaqədardır?
- Qeyd etmək istəyirəm ki, Aqil Xəlilovun iştirakının olmaması cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcəyi, istintaqın və məhkəmə baxışının yolverilməz dərəcədə uzadılması, Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin işin ağlabatan müddətdə başa çatdırılması barədə tələbinin pozulması və beləliklə, iş üzrə səmərəli ədalət mühakiməsi həyata keçirilməsini təhlükə altına qoyacağını nəzərə alaraq onun ibtidai və məhkəmə istintaqında iştirakı məqsədəmüvafiq olmaqla zəruridir. Əlavə etmək istərdim ki, prokurorluq tərəfindən Aqil Xəlilovun jurnalist olması nəzərə alınaraq üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən istintaqdan yayınmasının qarşısının alınması, istintaqa düzgün ifadə verməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə jurnalistlərin mövcud standartlara uyğun peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarəti həyata keçirən, əsas məqsədlərindən biri mətbuatın adından sui-istifadə hallarının qarşısını almalı və bunun üçün müvafiq tədbirlər görməli olan Mətbuat Şurasına müraciət edilib.
Media
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Xəbər Lenti
Lavrov: Avropa açıq şəkildə Rusiya ilə silahlı münaqişəni planlaşdırır
Tramp əmindir ki, Rusiya ilə Avropa münasibətlərindəki problemləri həll edə biləcək
Moldovanın sabiq baş prokuroru Stoyanoglo Qaqauz rəhbəri seçilib
Lavrov: NATO qüvvələrinin Ukraynada mövcudluğu Rusiya ilə münaqişə riskini artıracaq
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib