Bank Of Baku

ATƏT-lə İTV arasında əməkdaşlığa dair memorandum imzalanıb

ATƏT-lə İTV arasında əməkdaşlığa dair memorandum imzalanıb
# 12 may 2008 16:07 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya daxil olan məlumata görə, müqaviləyə əsasən ATƏT-in Bakı ofisinin dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İctimai Teleradio əməkdaşları üçün keçirilən treninqlərin ikinci mərhələsinə start verilir.
İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero tərəfindən imzalanan sənəddə qeyd olunub ki, ATƏT-in Bakı Ofisi ictimai xidmət üzrə öz dəyərlərini inkişaf etdirməklə, Azərbaycandakı demokratik proseslərdə katalizator ola bilmə potensialını reallaşdırmaqda İctimai Televiziyaya yardım etmək məqsədi daşıyan təlim proqramı təklif edir. Keçirilən treninqlərdə şirkət əməkdaşlarının idarəetmə bacarıqlarının artırılması, xəbərlər redaksiyasının idarə edilməsi, seçkilər, iqtisadiyyat və biznes, eləcə də araşdırma xarakterli reportajların hazırlanması sahəsində BBC ekspetləri öz təcrübələrini İctimai Teleradio əməkdaşları ilə bölüşəcəklər. Müqavilədə həmçinin sənədli filmlərin və maarifləndirici verilişlərin, qadın və uşaq məsələləri ilə bağlı proqramların hazırlanması ilə bağlı da treninqlərin keçirilməsi nəzərdə tutulur.
ATƏT-lə İctimai Teleradio arasında imzalanan memorandumu şirkət üçün faydalı hesab edən İ. Ömərov bildirib ki, bu layihə teleradio kollektivinin peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməkdə böyük rol oynayır.
Xose Luis Herrero bildirib ki, ATƏT İctimai Teleradio ilə əməkdaşlığı bundan sonrada genişləndirmək niyyətindədir. Belə ki, artıq ikinci mərhələsinə başlanılan layihənin payız aylarında üçüncü fazası həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR