Bank Of Baku

Azər Əhmədov: “Mən hazırda Aqil Xəlilin harada olduğunu bilmirəm”

Azər Əhmədov: “Mən hazırda Aqil Xəlilin harada olduğunu bilmirəm”
# 12 may 2008 16:41 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. “Aqil Xəlilin Azərbaycan sərhədlərini keçməyə cəhd etməsi barədə bizdə məlumat yoxdur”. Bu barədə APA-ya açıqlamasında Respublika Prokurorluğunun Aqil Xəlillin ölkəni tərk etməsinin qarşısının alınması ilə bağlı məlumatına münasibət bildirən “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib: “Əvvəla, onun ölkədən çıxmağa cəhd etməsi barədə bizdə məlumat yoxdur. İkincisi, o ölkəni tərk etsə belə, burada qəbahətli bir şey yoxdur. Çünki Aqil Xəlil təqsirləndirilən şəxs deyil. Mən anlaya bilmirəm ki, zərərçəkənin ölkədən çıxmasına nə mane ola bilər? O zərərçəkmişdir və istənin vaxt xaricə gedib-gələ bilər. Əgər o ölkədən çıxmaq istəyirsə, niyə buna imkan vermirlər? Onun ölkəni tərk etməsi ilə bağlı qərar varsa, bu qanunaziddir. Ola bilsin ki, istintaq orqanı Aqil Xəlili artıq təqsirləndirilən şəxs qismində tanımaq istəyir”.
Direktor deyib ki, ötən cümə günü Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Quliyev ona zəng edərək Aqili tapmağı xahiş edib: “Müstəntiq dedi ki, mən Aqili tapa bilmirəm, telefonu cavab vermir. Əgər Əli Quliyev Aqili tapmırsa, deməli, sərhədə onu saxlamaq barədə göstəriş verməlidir?”
A. Əhmədov A. Xəlilin hazırda harada olması barədə suala cavab olaraq deyib ki, onların da hazırda jurnalistlə əlaqələri yoxdur: “O, müvəqqəti olaraq başqa rayona getmişdi. Aqil nə Bakıda, nə də Kürdəmirdə idi. Amma indi harada olduğunu mən də bilmirəm”.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov isə Respublika Prokurorluğunun onlara Aqil Xəlillə bağlı sorğu göndərdiyini təsdiqləyib. MŞ sədri onu da əlavə edib ki, qurum artıq bu sorğuya cavab verib.
Qeyd edək ki, Respublika Prokurorluğu APA-nın sorğusuna cavab verərək, A. Xəlilin ölkəni tərk etməyə cəhd etdiyini deyib. Onun jurnalist fəaliyyəti ilə bağlı isə Mətbuat Şurasına müraciət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR