Bank Of Baku

“Yeni Müsavat” qəzeti jurnalistlərin şəkillərinin səhifədən çıxarılmasını material bolluğu ilə izah edir

“Yeni Müsavat” qəzeti jurnalistlərin şəkillərinin səhifədən çıxarılmasını material bolluğu ilə izah edir
# 14 may 2008 10:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Yeni Müsavat” qəzetinin son bir neçə sayında həbsdə olan jurnalistlərin - Qənimət Zahid, Mirzə Sakit və Eynulla Fətullayevin azadlığını tələb edən şəkil və şüarın çıxarılması “Azadlıq” qəzeti ilə “Yeni Müsavat” qəzeti, həmçinin AXCP ilə Müsavat Partiyası arasında münasibətlərin gərginləşməsi ilə bağlı deyil”. Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan deyib. Onun sözlərinə görə, son bir neçə sayda həmin şəkillərin verilməməsinin xüsusi səbəbi yoxdur: “Sadəcə, material bolluğu səbəbindən səhifədə yer qalmadığı üçün həmin şəkilləri çıxarmağa məcbur oluruq. Bəzən də sırf peşəkarlıq baxımından şəkil qoymaq düzgün deyil. Tutaq ki, Qənimət Zahidlə bağlı yazı gedirsə və həmin yazıya şəkil qoyulursa, həmin səhifəyə onun ikinci şəklinin qoyulması peşəkarlıq baxımından məqbul sayılmır”. A. Ayxan həmkarlarını həmişə müdafiə etdiklərini və bunu onlar azadlığa çıxana qədər davam etdirəcəklərini söyləyib. A. Ayxan bundan sonra da nəinki “Azadlıq” qəzetini hər hansı müxbiri, AXCP-nin istənilən funksioneri belə təzyiqlərə məruz qalarsa, onların “Yeni Müsavat” tərəfindən müdafiə olunacaqlarını vurğulayıb: “Biz siyasi çəkişmələri heç vaxt həmkarlıqdan, peşə həmrəyliyindən irəli çıxarmırıq. Qəzetlər və ya AXCP ilə Müsavat Partiyası arasında bundan da gərgin vaxtlar olub, amma yenə də lazım olan məqamlarda bu iki qəzet eyni mövqedən çıxış etməyi bacarıb”. Redaktor qəzetin növbəti saylarında sözügedən şəkillərin yenidən veriləcəyini bildirib.
“Azadlıq” qəzetinin redaktoru Azər Əhmədov isə APA-ya “Yeni Müsavat”ın daxili işinə qarışmaq fikrində olmadığını deyib: “Düşünmək istərdim ki, şəkillər həqiqətən də yazıların bolluğu səbəbindən səhifədən çıxarılıb. Ola bilər ki, doğrudan da yazıların çoxluğundan həbsdə olan jurnalistləri müdafiə etməyə yer və vaxt tapmırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR