Bank Of Baku

Jurnalistlərin V qurultayında Mətbuat Şurasının İdarə Heyəti əvvəlki kimi 9 jurnalistdən, 6 ictimaiyyət təmsilçisindən formalaşdırılacaq

Jurnalistlərin V qurultayında Mətbuat Şurasının İdarə Heyəti əvvəlki kimi 9 jurnalistdən, 6 ictimaiyyət təmsilçisindən formalaşdırılacaq
# 15 may 2008 11:29 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan jurnalistlərinin V qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi tədbirə hazırlıq işlərini davam etdirir. Qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsindən (TK) APA-ya verilən məlumata görə, bu məqsədlə formalaşdırılan İşçi Qrupuna konkret təlimatlar verilib, Mətbuat Şurasının (MŞ) təsisçisi olan KİV redaksiyalarına məktublar hazırlanıb. Yaxın vaxtlarda qrup üzvləri sənədlərin ünvanlarına tam çatdırılması prosesini yekunlaşdıracaq. Məktublarda təsisçi KİV-lərin qurultayla bağlı üzərinə düşən vəzifələr bir daha onların nəzərlərinə çatdırılıb. Bildirilib ki, qurultayda gündəlik qəzetlərdən, informasiya agentliklərindən və jurnalist təşkilatlarından 2, həftəlik və aylıq qəzetlərdən, jurnallardan 1 nümayəndənin iştirakı nəzərdə tutulub. Qurultayda MŞ İdarə Heyəti əvvəlki qaydada 9 jurnalistdən, 6 ictimaiyyət təmsilçisindən formalaşdırılacaq. Səsvermə bülletenlərinə isə 27 jurnalistin, 18 ictimaiyyət nümayəndəsinin adı daxil ediləcək. Onların kimlikləri TK tərəfindən KİV-lərə təqdim edilən cədvəllər əsasında məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR