Bank Of Baku

İranda azərbaycanlı jurnalist Rza Dağıstanıyə qarşı yeni ittiham irəli sürülüb

İranda azərbaycanlı jurnalist Rza Dağıstanıyə qarşı yeni ittiham irəli sürülüb
# 16 may 2008 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Rza Dağıstanıyə qarşı yeni ittiham irəli sürülüb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, mayın 14-də Urmiya İnqilab Məhkəməsində keçirilən hazırlıq iclasında R. Dağıstani hakimiyyət əleyhinə aksiyalar təşkil etməkdə və xaricdə fəaliyyət göstərən siyasi qurumlarla işbirliyi yaratmaqda ittiham olunub.
Qeyd edək ki, R. Dağıstani fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən toplantıda saxlanılaraq barəsində 27 sutkalıq həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR