Bank Of Baku

Əflatun Amaşov “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Rober Menarın Aqil Xəlillə bağlı bəyanatına münasibət bildirib

Əflatun Amaşov “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Rober Menarın Aqil Xəlillə bağlı bəyanatına münasibət bildirib
# 16 may 2008 16:51 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Rober Menarın Aqil Xəlillə bağlı narahatlığı başa düşülən olsa da, onu Elmar Hüseynovla müqayisə etməsini və mərhum jurnalistlə eyni taleni yaşamasının mümkünlüyü ilə bağlı fikirlərini sakit qarşılamaq olmaz”. Bu barədə APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Rober Menarın Aqil Xəlillə bağlı bəyanatına münasibət bildirərkən deyib: “Mən bilmirəm, cənab Menarda belə bir hadisənin baş verəcəyi ilə bağlı məlumatlar hardandır. Amma Ukraynada Qonqadzenin, Gürcüstanda Sonayanın, Azərbaycanda Elmarın qətllərinin üstünün açılmadığı bir məqamda, həm də seçkilər öncəsi belə bir faciə barədə düşünmək belə qorxuncdur”. Ə. Amaşov onu da qeyd edib ki, Aqil Xəlillə bağlı məsələ daim Mətbuat Şurasının diqqətindədir: “Mətbuat Şurası adından hüquq-mühafizə orqanlarına məsələnin obyektiv araşdırılması üçün müraciətlər edilib. Hətta son olaylarla bağlı məsələ ortaya çıxanda Mətbuat Şurası istintaqın gedişində öz nümayəndəsinin iştirakını təmin edib. Jurnalist nümayəndənin iştirakı ilə dindirilib. Aqil Xəlil zərərçəkəndir, artıq izahat verib. Mətbuat Şurası bu işdə Aqil Xəlilə kömək etməyə hazırdır”.
Qeyd edək ki, “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Rober Menar Aqil Xəlilin də Elmar Hüseynov kimi öldürülə biləcəyindən narahat olması barədə bəyanat verib. O, Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, A. Xəlillə bağlı olanlar faciə ilə başa çatmamış tədbirlər görülməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR