Bank Of Baku

Cənubi Qafqaz ölkələrinin jurnalistləri üçün seçkilərdə medianın rolu mövzusunda seminarlar keçiriləcək

Cənubi Qafqaz ölkələrinin jurnalistləri üçün seçkilərdə medianın rolu mövzusunda seminarlar keçiriləcək
# 21 may 2008 09:40 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Komunikacijos mokykla” (Kommunikasiya məktəbi) və Litva Jurnalistlər İttifaqının Azərbaycan, Ermənistan və Gürcüstandan olan tərəfdaşları ilə həyata keçirdiyi birgə layihənin icrasına başlanılıb. Layihə “Kütləvi informasiya vasitələrinin seçki kampaniyasında rolu: Azərbaycan, Ermənistan və Gürcüstandan olan jurnalistlərə təlim keçirilməsi” adlanır. APA-nın Litva Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, 2008-ci ildə hər üç ölkədə seçkilər ilidir: “Buna görə də Avropa İttifaqı ölkələrinin təcrübəsinə əsaslanaraq qarşıya konkret məqsəd qoyulur - Azərbaycan, Ermənistan və Gürcüstanın kütləvi informasiya vasitələrinin seçki kampaniyasında və seçkilərdə oynadığı rolu dəqiqliklə öyrənmək və müəyyənləşdirməkdir”. Layihə çərçivəsində hər üç ölkədən olan jurnalistlər üçün beş seminar təşkil olunacaq. Layihə azad və peşəkar kütləvi informasiya vasitələrinin inkişafına yardım göstərmək, həmçinin Litvanın jurnalist etikası, informasiya hüququ və insan hüquqlarının təminatı sahəsində müsbət təcrübəsini yaymaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR