Azərbaycan Mətbuat Şurası aprel ayında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
Monitorinq nəticəsində məlum olub ki, apreldə ölkə KİV-ində gedən materialların ümumi sayı ötən ayla müqayisədə artıb. Artım əsasən KİV-lə bağlı və sosial-iqtisadi xarakterli materialların çoxluğu hesabınadır. Ötən ay monitorinqi aparılan qəzetlərdə ümumilikdə 49508 material dərc edilib. Bu, martla müqayisədə 16525 material çoxdur. Monitorinqi aparılan qəzetlər ötən ayın birinci yarısına qədər daha çox KİV-lə bağlı, ikinci yarısında isə sosial və iqtisadi mövzuda materialların dərcinə üstünlük verib.
Qeyd edilib ki, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilovla bağlı olay siyasi materialların həm say göstəricisinə, həm də məzmununa və janrına, keyfiyyətinə təsir göstərmək baxımından diqqət çəkib: “İqtidar-müxalifət münasibətləri ilə bağlı məqamların kəskin formada KİV-də işıqlandırılmasında, habelə hansısa KİV-in sırf siyasi mövqedən çıxışı kimi tendensiyaların özünü mart ayına nisbətdə daha qabarıq formada təzahür etdirməsində bu hadisənin rolu böyük olub. Mövcud meyl peşə prinsiplərinin pozulması hallarının çoxluğunu da şərtləndirib”.
Martda KİV-də dərc olunan 29983 materialdan 18542-i xəbər olubsa, apreldə bu nisbət 49508-in 27458-dır. Ötən ay da KİV-in bir-birilərinin materiallarından bəhrələnməsi praktikası davam edib. Belə materialların sayı 9562-dir. Qəzetlər informasiya agentliklərinin məlumatlarından da geniş istifadə etməkdədir.
Apreldə mənbənin göstərilməməsi, gizli mənbəyə istinad halları ilin əvvəlindən bəri ən yüksək göstəriciyə çatıb - 135. Monitorinq zamanı “Ekspress” və “Şərq” qəzetlərinin ən çox xəbər dərc etdiyi bəlli olub. Monitorinqi aparılan qəzetlər aprel ayı ərzində “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müxtəlif bəndlərini ümumilikdə 329 dəfə pozub. Apreldə qəzetlər ən çox AJPDQ-nın “həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinə sayğısızlıq göstərib. Bununla bağlı 159 fakt qeydə alınıb.
Media
Vüsalə Mahirqızının ADU-da ustad dərsi olub, tələbə radiosunda fikirlərini bölüşüb - FOTO
Mətbuat Şurası dezinformasiya və manipulyasiyalarla bağlı bəyanat yayıb - FOTO
AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Xəbər Lenti
Lavrov: Avropa açıq şəkildə Rusiya ilə silahlı münaqişəni planlaşdırır
Tramp əmindir ki, Rusiya ilə Avropa münasibətlərindəki problemləri həll edə biləcək
Moldovanın sabiq baş prokuroru Stoyanoglo Qaqauz rəhbəri seçilib
Lavrov: NATO qüvvələrinin Ukraynada mövcudluğu Rusiya ilə münaqişə riskini artıracaq
İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb
SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
Ucarda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
Zelenski: Ukraynanı ərazilərindən imtina etməyə məcbur etmək cəhdləri böyük səhvdir
Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq
Ağstafada zəncirvari qəza olub, xəsarət alanlar var
Samuxda qadın qadını bıçaqlayıb
Hacıqabulda bir ailənin 2 üzvü dəm qazından zəhərlənib
Paşinyan: Rusiya hərbi bazası bizə lazım deyil
Bakıda polis vətəndaşlara qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıb - FOTO
Salyan sakini naməlum şəraitdə bıçaqlanıb
"Fənərbaxça" "Ərzurumspor"un qapısından üç cavabsız top keçirib
"Arsenal" - "Mançester Siti" qarşılaşması heç-heçə bitib
Misirdə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb
Liviya Ukraynaya etiraz olaraq Kiyevdəki səfirini geri çağırıb
Əraqçi: İranın ABŞ-la danışıqlara dair iki günlük planı hələ də qüvvədədir
Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
Türkiyənin Rizə vilayətinə düşən PUA-nın Ukraynaya məxsus olduğu müəyyən edilib - YENİLƏNİB
Eyzenkot və Netanyahu razılığa gələ bilməyib, İsraildə azlıq hökuməti qurula bilər
Heydər Əliyev prospektində qəza olub, hər iki istiqamətdə sıxlıq yaranıb - FOTO
Casusluqda şübhəli sayılan 3 iranlı diplomat Bosniya və Herseqovinadan çıxarılıb
Rusiya MN: Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmi PUA ilə vurulub
Kobaxidze: Azərbaycanla dostluq Gürcüstana qazla bağlı mühüm razılaşmalar əldə etməyə imkan verib
Yağış yağacaq, leysan olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb
Azərbaycan ilə Peru arasında konsulluq məsləhətləşmələri aparılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Təhsil eksperti: DİM-in Elm və Təhsil Nazirliyinin tərkibinə keçməsi faydalı ola bilər
Somali dəniz quldurları Ədən körfəzində ələ keçirdikləri gəmini azad edib
“Der Spiegel”: Berlin Baltik dənizindəki hücumlara görə Ukraynaya hərbi yardımı dayandırmaqla hədələyib
Samuxda evdən 39 yaşlı kişinin meyiti tapılıb
Göygöldə minik maşını ağaca çırpılıb, xəsarət alan var - FOTO
Norveçin “Norse Atlantic” aviaşirkəti fəaliyyətini dayandırır
Səudiyyə Ərəbistanı Ədən şəhərini “qırmızı xətt” elan edib, husilərlə sülhün şərtini açıqlayıb
Ağcabədidə bəy evi olmuş keçmiş məktəb binasında yanğın baş verib - YENİLƏNİB - FOTO
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir
İsveç şirkəti Ukraynaya yarım milyard avroluq radar sistemləri tədarük edəcək
Dövlət Komissiyası Beynəlxalq Konfransın iştirakçılarının Qarabağa səfərinə dair paylaşım edib
Siyazəndə su kanalına düşən azyaşlının durumu açıqlanıb - YENİLƏNİB-1
Sabah intensiv yağış yağacaq
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİB
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib