Bank Of Baku

Azərbaycan jurnalistlərinin V qurultayının informasiya dəstəyini təmin etmək məqsədilə media təmsilçilərinin qeydiyyatı başlayıb

Azərbaycan jurnalistlərinin V qurultayının informasiya dəstəyini təmin etmək məqsədilə media təmsilçilərinin qeydiyyatı başlayıb
# 22 may 2008 13:02 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan jurnalistlərinin V qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi qurultayın informasiya dəstəyini təmin etmək məqsədilə media təmsilçilərinin qeydiyyatına başlayır. Bu barədə APA-ya Təşkilat Komitəsindən bildirilib. Məlumata görə, qurultayın təşkilati işlərinin operativ və düzgün aparılmasının vacibliyi də belə bir addımın atılmasını zərurətə çevirib. Təşkilat Komitəsi qurultayı işıqlandırmaq arzusunda olan bütün KİV-lərdən aşağıdakı prosedur qaydaları müəyyənləşdirilmiş vaxtda yerinə yetirməyi xahiş edib: Azərbaycan jurnalistlərinin V qurultayını işıqlandırmaq istəyən hər bir KİV bu barədə Təşkilat Komitəsinə müvafiq təqdimat göndərməli, təqdimat KİV-in rəsmi blankında olmalı, yaxud möhürü ilə təsdiqlənməli, təqdimatda qurultayı işıqlandıracaq media təmsilçilərinin adları, soyadı və vəzifələri göstərilməlidir. Bu prosedurların həyata keçirilməsi üçün son tarix 15 iyundur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR