Bank Of Baku

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” jurnalistlərə 1450 ABŞ dolları həcmində yardım ayırıb

“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” jurnalistlərə 1450 ABŞ dolları həcmində yardım ayırıb
# 27 may 2008 11:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Fondun icraçı direktoru Malik Bayramovun APA-ya verdiyi məlumata görə, iclasda ötən vaxt ərzində quruma daxil olan 5 müraciətə baxılıb. Daxil olan müraciətlərə bütövlükdə 1450 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub. Qərara görə, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə 400 ABŞ dolları, onun vəkili Elçin Sadıqova 400 ABŞ dolları, “Realnıy Azerbaydjan” qəzetinin redaktoru olmuş Üzeyir Cəfərova 250 ABŞ dolları, “Yeni Müsavat” qəzetinin əməkdaşı Rey Kərimoğluna 200 ABŞ dolları, “Reytinq” qəzetinin əməkdaşı Elşad Məmmədova 200 ABŞ dolları yardım ayrılması məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR