Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin irəli sürülməsi prosesi yekunlaşmaq üzrədir

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin irəli sürülməsi prosesi yekunlaşmaq üzrədir
# 02 iyun 2008 11:43 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan jurnalistlərinin V qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir. Qurultaya hazırlıq üzrə İşçi Qrupun rəhbəri Rəhim Hüseynzadə APA-ya bildirib ki, Şuranın İdarə Heyətinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı KİV redaksiyalarına təqdim olunan anket-cədvəllərin təxminin 80 faizi doldurularaq onlara təqdim olunub. Onun sözlərinə görə, bu proses qurultaya təxminən 10 gün qalana qədər davam edəcək. R. Hüseynzadə İdarə Heyətinə irəli sürülən namizədlərin adlarının tədbirdən əvvəl ictimaiyyətə açıqlanması ilə bağlı qərarın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən veriləcəyini deyib. İşçi Qrupun rəhbəri qurultayda iştirak edəcək, tədbirə informasiya dəstəyi verəcək media təmsilçilərinin qeydiyyatının da başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR