Bank Of Baku

Demokratik Jurnalistlər Liqası may ayında söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası may ayında söz və mətbuat  azadlığı  sahəsində vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 03 iyun 2008 12:57 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Demokratik Jurnalistlər Liqası (DJL) may ayı üçün söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. DJL-dən APA-ya verilən məlumata görə, monitorinqin nəticələrinə görə, may ayında bu sahədə 28 fakt qeydə alınıb. Hesabat dövründə 4 il müddətinə azadlıqdan məhrum edilən bir KİV baş redaktorunun apellyasiya şikayəti təmin edilməyib, bir KİV-ə və əməkdaşına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb, bir KİV-in iddiası Apellyasiya Məhkəməsində qismən təmin olunub, üç KİV-in yayımına qadağa qoyulub. Monitorinqin yekun nəticələrində “Azadlıq” radiosunun Naxçıvan üzrə bölgə müxbiri İlqar Nəsibovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunması, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin dindirilməsi, ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən Binəqədi rayon məhkəməsində “Yeni Müsavat” qəzetinə qarşı iddia qaldırılması faktları da öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR