Bank Of Baku

Media Hüququ İnstitutu Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb

Media Hüququ İnstitutu Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb
# 05 iyun 2008 10:30 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ durumu ilə bağlı may ayı üçün hesabatını açıqlayıb. MHİ-dən APA-ya verilən məlumata görə, “Azərbaycanda media hüququ: önəmli olaylar və tendensiyalar” adlanan sənəddə may ayında media qanunvericiliyinə diqqətçəkən dəyişikliklərin edildiyi, həmin dəyişikliklərin azad medianın sıxışdırılmasına xidmət etdiyini bildirilib. Qeyd olunub ki, mayda aşağı məhkəmə instansiyalarının jurnalistlər barəsində çıxardığı ağır məhkəmə qərar və hökmlərindən verilən şikayətlər təmin olunmayıb, jurnalistlərin qaldırdıqları iddialar rədd edilib. Hesabatda Milli Teleradio Şurasının yeni telekanalın açılması məqsədilə elan etdiyi müsabiqənin vaxtının müraciət edənlərin olmaması səbəbindən uzadılması faktı da öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR