Mətbuat Şurasının üzvü olan 20 KİV-in Azərbaycan Jurnalistlərinin V Qurultayında iştirakı sual altındadır

Mətbuat Şurasının üzvü olan 20 KİV-in Azərbaycan Jurnalistlərinin V Qurultayında iştirakı sual altındadır
# 05 iyun 2008 12:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Mətbuat Şurasının (MŞ) üzvü olan 20-yə yaxın KİV qurumla əlaqələri tamam kəsdiyindən, onların Azərbaycan Jurnalistlərinin V Qurultayında iştirakı sual altındadır. Bu barədə APA-ya Qurultaya Hazırlıq üzrə İşçi Qrupun rəhbəri Rəhim Hüseynzadə bildirib. R. Hüseynzadə deyib ki, daha 10-a yaxın KİV isə şuraya üzvlük haqqı ödəmədiyindən, onların nümayəndələrinin qurultayda səsvermə hüququndan istifadə edib-etməməsi mövzusu müzakirə mövzusu ola bilər. İşçi Qrupun rəhbəri bununla bağlı son qərarın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində aparılan müzakirələr zamanı veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi KİV MŞ yaranan gündən, bəziləri isə son 4 ildə üzvlük haqqı ödəməyib.
Qeyd edək ki, Azərbaycan Jurnalistlərinin V Qurultayı iyunun 20-də Azərbaycan Mahnı Teatrında keçiriləcək. Qurultayın gündəliyinə MŞ sədrinin və Nəzarət Təftiş Komissiyasının hesabatları, nizamnamə dəyişikliyi ilə bağlı məsələnin müzakirəsi, İdarə Heyəti üzvlərinin, Şura sədrinin seçkisi daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR