Bank Of Baku

ABŞ Beynəlxalq Jurnalistlər Mərkəzinin Azərbaycanda keçirdiyi ikinci təlim kursu yekunlaşıb

ABŞ Beynəlxalq Jurnalistlər Mərkəzinin Azərbaycanda keçirdiyi ikinci təlim kursu yekunlaşıb
# 05 iyun 2008 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. ABŞ-da yerləşən Beynəlxalq Jurnalistlər Mərkəzinin (İCFJ) tədqiqatlar üzrə təlim proqramının ikinci kursunun yekunlaşması ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, İCFJ-nin Azərbaycan üzrə direktoru Çarls Rays bildirib ki, Azərbaycanda jurnalistlərin peşəkar səviyyədə tədqiqat aparmasına ehtiyac var və təmsil etdiyi qurum bu istiqamətdə bilik və bacarıqların artırılmasına yardım etmək üçün bu layihəni həyata keçirib. Səkkiz jurnalistin 4 aylıq intensiv kurs keçdiyini deyən C. Rays proqramın özəllikləri barədə də danışıb. Layihənin baş təlimatçısı Xədicə İsmayılova diqqəti məzunların kursdakı fəaliyyətinə yönəldib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik isə bildirib ki, peşəkar jurnalistika demokratiyanın əsaslarından biri hesab olunur. Onun sözlərinə görə, ABŞ Azərbaycanda peşəkar jurnalistikanın inkişafına dəstək verməklə demokratiyanın inkişafına yardım etmək istəyir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim, “Azadlıq” radiosu Azərbaycan redaksiyasının əməkdaşı Babək Bəkir və digərləri Azərbaycanda tədqiqat jurnalistikasının inkişafını zəruri hesab ediblər. Tədbirin sonunda kursun məzunlarına diplomlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR