Aqil Xəlilə mükafat verilməsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təşəbbüskar olub

Aqil Xəlilə mükafat verilməsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təşəbbüskar olub
# 05 iyun 2008 17:16 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. “Amnesty İnternational” təşkilatı bir müddət əvvəl “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə mükafat verib. Bu barədə APA-ya məlumat verən A. Xəlil bildirib ki, o, hələ mükafatın mahiyyəti barədə məlumatsızdır. O, sadəcə, mükafatın ona təqdim olunması üçün dəvətnamə alıb: “Mən bu mükafatı özüm almaq istəyirəm. Buna görə də Londona getmək fikrim var”.
Qeyd edək ki, A. Xəlilin bu il mayın 22-də saat 16.00-da Böyük Britaniya Krallığının Azərbaycandakı səfirliyinə dəvət olunub. O, səfirlikdə görüşlər keçirərək danışıqlar aparıb. Ona mükafatın verilməsində də Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüskar olduğu bildirilir. A. Xəlil iyunun 17-də mükafatı almaq üçün Londona getməyi planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR