Bank Of Baku

“Media açarı” mükafatının qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı şərtlər açıqlanıb

“Media açarı” mükafatının qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı şərtlər açıqlanıb
# 06 iyun 2008 14:30 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə hər il təqdim olunan “Media açarı” mükafatı üzrə qaliblərin müəyyənləşdirilməsi ilə bağlı şərtlər açıqlanıb. Demokratik Jurnalistlər Liqasından (DJL) APA-ya verilən məlumata görə, mükafatlar bu dəfə də 5 nominasiya reportaj, jurnalist təhqiqatı, publisistika, foto (illüstrasiya), jurnalistika sahəsində araşdırma üzrə müəyyənləşdiriləcək. Dərc olunan ən yaxşı materiala görə qalib seçilmiş jurnalist “Media açarı” prizi, diplom, Təsisçilər Şurasının müəyyən etdiyi məbləğdə pulla mükafatlandırılacaq. “Media açarı” mükafatına iddiaçılar şəxsən və ya çalışdıqları KİV adından sənədləri Təsisçilər Şurasına təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR