Bank Of Baku

Mikloş Haraşti: “ABŞ bütün dünya üzrə jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir”

Mikloş Haraşti: “ABŞ bütün dünya üzrə jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir”
# 09 iyun 2008 08:40 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “ABŞ təkcə ölkə daxilində deyil, bütün dünya üzrə, o cümlədən Rusiya, Belarus, Azərbaycan, Özbəkistan və digər ölkələrdə də jurnalistlərin müdafiəsi ilə bağlı qanun qəbul etməlidir”. APA-nın məlumatına görə, bu sözlər ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində əksini tapıb. M. Haraştinin fikrincə, qanun jurnalistlərin mənbələrinin konfidensiallığını nəzərə almalıdır: “ABŞ-da KİV azadlığı sahəsində baş verən geriləmə başqa dövlətlərin Vaşinqtonu bu məsələdə ikili standart yeritməkdə ittiham etməsinə əsas yaradıb. Bu aspektdən istifadə edərək hökumətlər KİV azadlığına riayət etməkdən yayınırlar”. M. Haraşti bildirir ki, Azərbaycan, Belarus, Rusiya, Özbəkistan kimi ölkələrdə jurnalistlər dövlət sirlərini yaymaq ittihamı ilə təqib olunmurlar, ancaq onları diffamasiya, təhqir və ekstremizmə görə həbsxanaya salırlar. ATƏT təmsilçisi adı çəkilən ölkələrdə tədqiqat jurnalistikasının inkişaf etmədiyini də söyləyib: “Əlbəttə, ABŞ-ın ədliyyə departamenti digər ölkə hökumətlərini öz jurnalistlərini həbs etməsinə görə günahlandırıla bilməz. Ancaq amerikan davranış sistemi digər dövlətlərin bənzəməyə çalışdığı bir modeldir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR