Bank Of Baku

“RUH” Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi may ayı üçün hesabatını açıqlayıb

“RUH” Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi may ayı üçün hesabatını açıqlayıb
# 09 iyun 2008 12:36 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) may ayında ölkədə söz və mətbuat azadlığına dair keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. AJMK-dan APA-ya verilən məlumata görə, ötən ay məhkəmə müstəvisində 4 KİV-in, 5 jurnalistin adı çəkilib. Mayda adı məhkəmə müstəvisində ən çox hallanan qəzet “Azadlıq”, daha sonra “Xural” olub. Hesabatda qeyd olunub ki, martın 28-də maliyyə problemlərinə görə nəşrini dayandıran “Bakı zaman” qəzeti ötən ay nəşrini bərpa edib. Əvvəllər gündəlik çıxan qəzet həftəliyə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR