Bank Of Baku

Azərbaycan Jurnalistlərinin V Qurultayına hazırlıq prosesi başa çatmaq üzrədir

Azərbaycan Jurnalistlərinin V Qurultayına hazırlıq prosesi başa çatmaq üzrədir
# 12 iyun 2008 11:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Jurnalistlərinin V Qurultayına hazırlıq prosesi başa çatmaq üzrədir. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya bildirib ki, Şuranın 155 təsisçisindən 130-a qədəri qurultayda iştirakla bağlı müraciət ünvanlayıb, eyni zamanda qurumun İdarə Heyətində görmək istədiyi şəxslərin siyahısını təqdim edib. Ə. Amaşovun sözlərinə görə, Mətbuat Şurasının 20-yə yaxın üzvü qurultaya qatılmayacaq. Onlardan 10-a yaxını qurumla əlaqələrini tamamilə itirən, 10-a yaxını isə fəaliyyətini dayandıran KİV-dir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sabah keçiriləcək iclasında hazırlıq işləri ilə bağlı son müzakirələr aparılacağını bildirən Ə. Amaşov deyib ki, toplantıda İdarə Heyətinə irəli sürülən namizədlərin adları olan zərflər açılacaq, adları daha çox göstərilən namizədlər müəyyənləşdiriləcək. Şura sədri onu da deyib ki, quruma üzvlük haqqı ödəməyən təsisçilər də qurultayda keçiriləcək səsvermədə iştirak edəcəklər: “Bu məsələ ilə bağlı qərar vermək mənim səlahiyyətimə aid olduğu üçün üzvlük haqqı ödəməyən üzvlərin də səsvermədə iştirak etmələrini məqsədəuyğun saydım”. Ə. Amaşov qurultayda üzvlük haqlarının ödənməməsi ilə bağlı müzakirələr aparılacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR