Bank Of Baku

Azərbaycan təmsilçiləri Beynəlxalq Mətbuat İnstitutunun qurultayında iştirak edəcəklər

Azərbaycan təmsilçiləri Beynəlxalq Mətbuat İnstitutunun qurultayında iştirak edəcəklər
# 12 iyun 2008 11:43 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İyunun 14-dən 17-dək Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Mətbuat İnstitutunun (IPI) qurultayı və 57-ci Baş Məclisi keçiriləcək. Tədbirlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və BMİ Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də iştirak edəcəklər. BAMF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantılarda əsasən Şərqi Avropa ölkələrinin timsalında yeni qonşuluq siyasəti, silahların susdurulması və barış yollarının aranması, yeni medianın ortaya çıxardığı imkan və təhlükələr, gəlir axtarışlarının medianın obyektivliyini şübhə altına salması problemi, transmilli araşdırma jurnalistikası kimi məsələlər müzakirə ediləcək. Toplantı Serbiya parlamentinin binasında təntənəli açılış mərasimi ilə başlayacaq. Serbiya prezidenti Boris Tadiçin tədbirdə məruzə ilə çıxış edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR