Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun dünya qurultayının rəsmi açılış mərasimi keçirilib

Beynəlxalq Mətbuat İnstitutunun dünya qurultayının rəsmi açılış mərasimi keçirilib
# 17 iyun 2008 10:34 (UTC +04:00)
Bakı-APA. Serbiya paytaxtında Beynəlxalq Mətbuat İnstitutunun (IPI) dünya qurultayının rəsmi açılış mərasimi keçirilib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Serbiya Milli Məclisinin binasında baş tutan açılış mərasimində ölkənin prezidenti Boris Tadiç əsas məruzə ilə çıxış edib. Öz çıxışını daha çox Serbiya və Balkanlardakı münaqişələrə həsr edən prezident dəfələrlə qonşu ölkələrdən üzr istədiklərini vurğulayıb. Rəsmi açılış tədbiri başa çatdıqdan sonra da qurultay nümayəndələri ilə fikir mübadiləsi aparan Boris Tadiç Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla keçmiş SSRİ ərazisindəki münaqişələr məsələsinə toxunub. Məlumata görə, BAMF nümayəndələri - qurumun sədri, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Belqradda keçirdikləri görüşlərdə bir sıra ölkələrdən olan təmsilçilərlə ikitərəfli müzakirələr aparıblar. Görüşlərdə BMİ-nin 2010-cu ildə keçiriləcək qurultayının Bakıda təşkili barədə müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR