Bank Of Baku

İsmayıl Ömərov: “Seçkiləri qanun çərçivəsində, beynəlxalq standartlara uyğun işıqlandıracağıq”

İsmayıl Ömərov: “Seçkiləri qanun çərçivəsində, beynəlxalq standartlara uyğun işıqlandıracağıq”
# 17 iyun 2008 16:26 (UTC +04:00)
Bakı APA. Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki məsləhətçiləri Conatan Stounstrit və Konrad Olsevski İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüblər. İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən məlumata görə, qarşıdan gələn prezident seçkilərinə toxunan İ. Ömərov bildirib ki, seçki prosesində ödənişsiz efir yalnız İctimai Teleradioya həvalə olunub: “Biz bu seçkiləri qanun çərçivəsində, beynəlxalq standartlara uyğun işıqlandıracağıq. Namizədlərin təşviqat kampaniyasının hansı formatda aparılacağı isə bilavasitə onların özlərinin iştirakı ilə müəyyənləşəcək. Bu missiyamız çərçivəsində əhalinin seçkidə fəal iştirakını təmin etmək məqsədilə maarifləndirici proqramlar da yayımlanacaq”. C. Stounstrit isə deyib ki, onların məqsədi Azərbaycanda seçki öncəsi vəziyyəti öyrənmək və bu barədə ATƏT-in baş ofisinə məlumat verməkdir: “Təbii ki, medianın demokratik seçkilərin keçirilməsində rolu böyükdür. Bunu nəzərə alan ATƏT seçkiləri müşahidə missiyası ilə yanaşı, prosesi işıqlandıran KİV-lərin monitorinqini aparmaq üçün qrup da göndərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR