Bank Of Baku

Azərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub

Azərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub
# 18 iyun 2008 13:05 (UTC +04:00)
Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Təşkilat Komitəsinin sədri Əflatun Amaşov Şuranın 128 təsisçisinin qurultaya hazırlıq üzrə İşçi Qrupuna qurultayda iştirak edəcək nümayəndələrinin adları yazılmış məktubları və prosedur qaydalara uyğun olaraq içərisində gizli səsvermə bülletenləri olan möhürlənmiş zərfləri təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, 10 təsisçi Mətbuat Şurasının məktubuna cavab verməyib. Müxtəlif KİV-lərin təqdim etdikləri blanklarda 123 jurnalist, 132 ictimaiyyət nümayəndəsi İdarə Heyətinə namizəd kimi göstərilib. Qrup Təşkilat Komitəsinə onlardan ən çox səs toplayanların adlarının qurultayın səsvermə bülletenlərinə daxil edilməsi barədə təqdimat ünvanlayıb. İclasda İşçi Qrupun təqdimatı Təşkilat Komitəsinin üzvləri tərəfindən müzakirə olunaraq təsdiqlənib. Qrupa 27 jurnalist və 18 ictimaiyyət nümayəndəsinin adı qeyd edilmiş müvafiq blanklar hazırlamaq tapşırığı verilib. İclasda qurultayın iş planının layihəsi ətrafında da müzakirələr aparılıb. Təkliflər əsasında sənədin tərtib olunması barədə razılığa gəlinib. Plana əsasən, qurultay iyun 20-də saat 10.00-da başlayacaq. Təbrik çıxışlarından sonra qurultayda Mətbuat Şurası sədrinin, Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənəcək, məruzə və hesabat ətrafında müzakirələr keçiriləcək. Daha sonra Mətbuat Şurası Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ətrafında müzakirələr aparılacaq, İdarə Heyətinin və NTK-nın yeni tərkibinin və MŞ sədrinin seçkisi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR