Bank Of Baku

Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri Türkiyədə təcrübə keçəcəklər

Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri Türkiyədə təcrübə keçəcəklər
# 18 iyun 2008 15:53 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Qafqaz Media Mərkəzi (QMM) televiziya jurnalistləri üçün hazırladığı təcrübə mübadiləsi layihəsi çərçivəsində Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri bu gün Türkiyənin İstanbul şəhərinə yola düşüblər. QMM-dən APA-ya verilən məlumata görə, “Alternativ TV” (Gəncə), “Dünya TV” (Sumqayıt), “Aygün TV” (Zaqatala), “Simurq TV” (Tovuz) və “Qütb TV” (Quba) nümayəndələrinin qatıldığı layihə mərkəzi ofisi Ankarada yerləşən “Kanal A” televiziyasında bir həftəlik təcrübəni əhatə edir. Bu müddət ərzində Azərbaycan telejurnalistləri Türkiyənin regional televizyonçuluq ənənələri ilə tanış olacaq, türkiyəli həmkarlarının təcrübəsindən yararlanmaq, onlarla əməkdaşlıq qurmaq perspektivlərini araşdıracaqlar.
İyunun 25-də yekunlaşacaq layihə eyni zamanda Azərbaycan və Türkiyə KİV-lərinin yaxınlaşmasına və iki ölkə arasında informasiya mübadiləsinin inkişafına təkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR